Əsas məzmuna keç
Elmin Mammadov

Məxfilik siyasəti

Qısaca

Bu şəxsi saytdır. Reklam, profilləmə və məlumat satışı yoxdur. Yalnız saytın işləməsi və sizə cavab vermək üçün lazım olan minimum məlumat saxlanılır.

Hansı məlumatlar toplanır

  • Əlaqə formu: ad, email, mesaj, istəyə bağlı telefon və mövzu. Yalnız cavab vermək üçün istifadə olunur və parametrlərdə təyin olunmuş müddətdən (standart 1 il) sonra avtomatik silinir.
  • CV builder: daxil etdiyiniz məlumatlar və şəkil yalnız brauzerinizdə saxlanılır, serverə göndərilmir. PDF də brauzerdə yaradılır. Təklif və ya şikayət göndərsəniz, mesajınız və istəyə bağlı email saxlanılır.
  • Parkinq bildirişi (QR kod): seçdiyiniz səbəb, qısa mesaj və istəyə bağlı telefon nömrəsi. Avtomobil sahibinə çatdırılır və standart olaraq 30 gün sonra silinir.
  • Sui-istifadəyə qarşı qoruma: IP ünvanı açıq şəkildə saxlanılmır. Spam və sorğu limiti yoxlaması üçün geri çevrilməyən hash istifadə olunur, limit qeydləri 2 gün ərzində silinir.
  • Ziyarət statistikası: hər səhifə üçün gündəlik baxış sayı və unikal ziyarətçi sayı. Bunun üçün vid kukisi təsadüfi identifikator saxlayır, serverdə isə yalnız onun hash-i gün üzrə yazılır. Bu məlumat ad, email və ya IP ilə əlaqələndirilmir və 2 il sonra silinir.
  • Canlı ziyarətçilər: səhifə açıq olduqca brauzer hər 30 saniyədən bir kiçik siqnal göndərir; bunun üçün brauzerin sessiya yaddaşında tab üçün təsadüfi identifikator saxlanılır. Server siqnalı yalnız yaddaşda, təxminən bir dəqiqəlik saxlayır: hansı səhifədəsiniz, brauzer, əməliyyat sistemi, cihaz növü, ölkə (Cloudflare-in verdiyi) və hansı saytdan gəldiyiniz. Bu məlumat bazaya yazılmır.
  • İstifadə statistikası: CV builder-dən PDF yükləmə, CV-yə baxış və yükləmə, layihə və sosial link klikləri, Sevimlilərdə mahnı dinləmə gün üzrə sayılır (məsələn, layihə adı və ya dil ilə). Kimin etdiyi yazılmır, CV builder-ə daxil etdiyiniz məlumat serverə göndərilmir. Sayğaclar 2 il sonra silinir.

Kukilər və lokal yaddaş

Ad Məqsəd Müddət
vid anonim ziyarət statistikası 1 il
theme-resolved seçdiyiniz mövzu (işıqlı və ya qaranlıq) 1 il
__Host-elmin_session, admin-locale yalnız admin panelinə giriş və onun dili sessiya, 1 il

Brauzerin lokal yaddaşında mövzu seçimi, ulduz animasiyası ayarı, CV builder qaralaması və önizləmə zoom ayarı saxlanılır. Bunlar cihazınızdan kənara çıxmır.

Üçüncü tərəflər

  • Spotify və Apple Music: “Sevimlilər” səhifəsində ▶ düyməsinə basanda onların pleyeri yüklənir və bu andan onların öz məxfilik qaydaları və kukiləri tətbiq olunur. Düyməyə basmasanız, onlara heç bir sorğu getmir.
  • Bildirişlər: əlaqə, təklif və parkinq mesajları sayt sahibinə Telegram və ya email vasitəsilə çatdırılır.
  • Xarici linklər: IMDb, TVmaze, Spotify, Apple Music və sosial şəbəkələr ayrıca saytlardır və öz qaydaları var.
  • Şriftlər və şəkillər bu saytın öz serverindən verilir. Kənar izləmə skripti yoxdur.

Hüquqlarınız

Göndərdiyiniz məlumatın surətini və ya silinməsini istəyə bilərsiniz. Bunun üçün əlaqə səhifəsindən yazın.

Son yenilənmə: 26 sentyabr 2026.